Cənubi Koreyada 470 sərnişini olan gəmi batıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə Cənubi Koreyanın cənub-qərb sahilində baş verib. Rəsmilərin verdiyi məlumata görə, gəmidəkilərin əksəriyyəti gəzintiyə çıxan müəllim və şagirdlərdir. Son məlumata görə, artıq hadisə ilə bağlı bir nəfərin öldüyü bildirilir. Hadisə yerinə çoxlu sayda vertolyot və sahil təhlükəsilik xidməti əməkdaşları cəlb edilib. Hazırda gəmidəki sərnişinlərin xilasetmə işləri davam edir.
Dövlət başçısı bütün lazımı təhlükəsizlik və xilas etmətədbirləri görüləcəyini açıqlayıb. Bu saata olan məlumata əsasən, artıq 130 nəfər xilas edilib.
Dəniz Əliyeva