9 Mart 2023 16:45
5 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın maliyyə nəhəngi “Wells Fargo” Türkiyədə keçiriləcək seçkilərlə bağlı iki fərqli ssenarinin yer aldığı hesabatını dərc edib.

Teleqraf.com xəbər verir ki, hesabatda inkişaf etməkdə olan ölkələrdə yerli siyasi proseslərin iqtisadiyyat və maliyyə bazarları istiqamətində son dərəcə təsirli ola biləcəyi bildirilir.

Hesabatda “əsas ssenari”nin Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsi üzərində qurulduğunu iddia edən “Wells Fargo”nun analitikləri deyirlər:

“İqtisadiyyatdakı və zəlzələnin yaratdığı yeni problemlərə baxmayaraq, Ərdoğanın maliyyə baxımından kifayət qədər dəstək ala biləcəyini düşünürük. Maliyyə dəstəyi iqtisadi vəziyyəti yaxşılaşdıra və seçicilərdə uzunmüddətli optimizm təmin edə bilər”.

Amerikalı mütəxəssislərin fikrincə, Prezident Ərdoğanın seçkilərdə qalib gəlməsi ehtimalı 55-60 faiz aralığındadır. Bu ssenaridə valyuta bazarına müdaxilələrlə dolların 19 lirə ətrafında stabil kursunun ikinci rübün sonuna qədər davam edəcəyi proqnozlaşdırılır. Bununla belə, uzunmüddətli perspektivdə valyuta ehtiyatlarının azalması və pul siyasətində dəyişiklik edilməməsi səbəbindən lirənin 2023-cü ilin ikinci yarısında-2024-cü ildə ucuzlaşması gözlənilir. “Wells Fargo” dollar/lirənin ilin son rübündə 19.5-ə, 2024-cü ilin ortasında isə 20-yə yüksələcəyini gözləyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər