Ukraynaya qarşı işğalçı müharibənin başlamasından sonra Gürcüstana üz tutan Rusiya vətəndaşları paytaxt Tiflisdəki etirazlara görə kütləvi şəkildə vətənlərinə qayıdırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, Lars keçid məntəqəsində kifayət qədər uzun tıxac yaranıb.
“Gürcüstanda etiraz aksiyaları ilə əlaqədar Lars keçid məntəqəsində tıxac yaranıb. Hamı Rusiya ərazisinə daxil olmaq istəyir”, - “İzvestiya” hadisə şahidlərinin sözlərinə istinadən yazır.
Məlumata görə, tıxacın uzunluğu bir kilometri keçir.
Martın 7-dən 8-nə keçən gecə Gürcüstanda parlamentin “Xarici agentlər haqqında” qanun layihəsini müzakirəyə çıxarmasından Tiflisdə kütləvi etiraz aksiyaları başlayıb.
Gürcüstan Prezidenti Salome Zurabişvili etirazçıları dəstəkləyib və qanuna veto qoyacağını bəyan edib, amma bu, etirazçıları razı salmayıb. Sonda Gürcüstanın hakim partiyası (“Gürcü Arzusu”) qanun layihəsini geri götürüb.
Etirazlar davam edir.