Türkiyə müxalifətinin Millət İttifaqının prezidentliyə namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna ən sərt təpki isə öz partiyasından gəlib.
Teleqraf.com xəbər verir ki, CHP-dən olan keçmiş millət vəkili Yıldıray Sapan Kılıçdaroğlunu FETÖ və PKK terror təşkilatlarının simpatizanı olmaqda, namizədliyini zəlzələ qurbanlarından üstün tutmaqda, parlamentə “layihə oğruları”nı gətirməkdə ittiham edib.
Sosial şəbəkədə açıqlama verən Sapan deyib:
“Layihə oğrularını parlamentə salan, səhər dediklərini axşam danan, namizədliyini zəlzələ qurbanlarından üstün tutan, CHP-ni məzhəb partiyasına çevirən, Atatürkə nifrət edən, Seyid Rza fanatı, FETÖ və PKK simpatizanlığı edən, bütün kamalistləri qovan Kılıçdaroğlumu haqq-ədalət gətirəcək?
Kılıçdaroğlunu iyirmi ildir yaxından tanıyıram. Şahidi olduğum onlarla hadisədən sonra xəbərdarlıq etməyi özümə borc bilirəm. Əmin ola bilərsiniz ki, AKP-yə rəhmət oxuyacaqsınız. Zəlzələdə dağılan binaların əksəriyyətinə görə CHP-nin bələdiyyələri məsuliyyət daşıyır”.