9 Mart 2023 20:38
11 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “MetroPOLL” araşdırmalar mərkəzinin rəhbəri Özər Səncar ölkəsində aparılan sorğularla bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, mərkəz rəhbəri bir çox insanın zəlzələdən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın səs itirəcəyini düşündüyünü, amma belə olmadığını bildirib.

Səncarın sözlərinə görə, sorğular hökumətin müxalifətin gözlədiyi qədər səs itirmə ehtimalının daha az olduğunu göstərir:

“Zəlzələdən sonra Ərdoğanın populyarlığı cəmi 1 bal, Kılıçdaroğlunun populyarlığı isə 5 bal azalıb. Bütün bu məlumatlar zəlzələ nəticəsində hökumətin və Ərdoğanın itkilərinin kompensasiya oluna biləcək səviyyədə olduğunu göstərir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər