Polşa və Slovakiya Ukraynaya “MiQ-29” qırıcılarının göndərilməsi ilə bağlı razılıq əldə ediblər.
Teleqraf.com xəbər verir ki, bunu Slovakiya Müdafiə Nazirliyinin rəhbəri Yaroslav Nad bəyan edib.
Onun sözlərinə görə, polşalı həmkarı Mariuş Blaşçak dünən, martın 8-də Aİ müdafiə nazirlərinin görüşündə ölkəsinin Slovakiya ilə birlikdə “MiQ-29”ların Kiyevə təhvil verilməsinə razılıq verəcəyini təsdiqləyib.
Qeyd edək ki, Ukrayna 180-ə yaxın qırıcıya ehtiyac olduğunu bildirmişdi. ABŞ Prezidenti Co Bayden “F-16”ların ABŞ-də qalmalı olduğunu bildirərək tədarükdən imtina edib. Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qırıcı təyyarələrin göndəriləcəyini istisna etməyib. Slovakiyanın Baş naziri Eduard Heger Kiyevə “MiQ-29” almaq üçün mümkün olan hər şeyi edəcəyini vəd edib. Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, Ukrayna yalnız döyüş əməliyyatları başa çatdıqdan sonra döyüş təyyarələri ilə təmin olunacaq.