9 Mart 2023 21:55
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 9-da Praqa qəsrində Çexiyanın yeni seçilmiş prezidenti Petr Pavelin andiçmə mərasimi keçirilib. O, artıq rəsmən ölkənin dördüncü prezidenti olub və səlahiyyətlərinin icrasına başlayıb.

Teleqraf.com xəbər verir ki, and içdikdən sonra etdiyi çıxışda Pavel tezliklə işinin ilk 100 günü üçün konkret hədəflər planını dərc edəcəyini bildirib.

O, hökuməti insanlara və hadisələrə daha açıq etmək, şəffaf və müntəzəm ünsiyyəti bərpa etmək istədiyini də bəyan edib.

Qeyd edək ki, Petr Pavel dövlət başçısı postunda Miloş Zemanı əvəz edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər