Türkiyənin Kayseri şəhərinin Hacılar rayonunda 4,8 maqnitudalı zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 06:28-də qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.