Yaxın Şərq turu çərçivəsində İsraildə olan müdafiə naziri Lloyd Austin müttəfiqlərini Ukraynaya dəstəyi artırmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, nazirə görə, İsrail Ukraynaya humanitar yardımı genişləndirməyib.
“Lakin biz bütün müttəfiqlərimizi və tərəfdaşlarımızı tarixin bu dönüş nöqtəsində irəliyə doğru addım atmağa çağırırıq. Xoşməramlı ölkələr, xüsusən də demokratiyalar Ukraynaya azadlıq uğrunda mübarizədə kömək etmək üçün dərhal öz üzərinə düşəni etməlidir” – Ostin bildirib.