10 Mart 2023 10:15
1 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müxalifətinin “Altılıq Masası” bloku vahid namizədini (CHP sədri Kamal Kılıçdaroğlu) açıqladıqdan sonra fəthullahçı terror təşkilatından (FETÖ) etiraf kimi bir açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, ötən illərdə Türkiyədən Almaniyaya qaçan Burak Çopur “Masa” ilə bağlı diqqətçəkən açıqlama verib.

Almaniyada Türkiyə əleyhinə kampaniyaların liderlərindən biri olan Çopur Tvitter hesabındakı paylaşımında bunu deyib:

“Əziz dostlarım, izləyicilərim. “Biz təzyiq etdik, “Masa”nın liderləri “Masa”nı qurdular və masanın ayaqları daha da möhkəmləndi. İYİ Partiya ilə HDP arasında normallaşmanı da biz təmin edəcəyik. Biz buna da birlikdə nail olacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər