Ukrayna silahlı qüvvələri iki ay ərzində Rusiya ordusuna qarşı gözlənilən əks hücuma keçə bilər. Bunun üçün Ukrayna daha çox silah almalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti aparatının rəhbərinin köməkçisi Mixail Podolyak deyib.
Onun sözlərinə görə, effektli xüsusi əməliyyat üçün Ukrayna ordusuna daha uzaqmənzilli raketlər lazımdır.
“155 mm-lik ağır artilleriya mərmilərinin tədarükünü artırmalıyıq. Tələsmirik, qarşıdakı iki ay ərzində hərəkətə keçə bilərik, indi Baxmutda rusları taqətdən salırıq”, - Ukrayna rəsmisi bildirib.