10 Mart 2023 17:23
3 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Gürcüstan parlamentinin “Xarici agentlər haqqında” qalmaqallı qanun layihəsini geri götürməsinə reaksiya verib və hökuməti səylərini Avropa Birliyinə üzv olmağa yönəltməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlama verib.

Onun sözlərinə görə, hakimiyyət Gürcüstan xalqı əleyhinə olan qanunu tətbiq etmək niyyətindən əl çəkməlidir.

“Biz “Xarici agentlər haqqında” qanun layihəsinin geri götürülməsi qərarını alqışlayırıq və eyni zamanda hakim partiyanı ondan rəsmən imtina etməyə və bu cür qanun layihələrini dəstəkləməməyə çağırırıq, çünki bunlar Gürcüstan və Avroatlantika dəyərlərinə, habelə əsas azadlıqların qorunmasına qarşıdır”.

Prays vurğulayıb ki, Vaşinqton Gürcüstanın siyasi liderlərini Aİ-yə daxil olmaq istəklərində həvəsləndirir və islahatlar üzərində birgə işləməyi təklif edir, bunlar olmasa, ölkə təşkilata (Aİ) üzvlüyə namizəd statusu ala bilməyəcək.

O deyib ki, gürcü xalqı məhz bunu istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər