28 Dekabr 2014 16:39
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məktəbdə soğan kəsən kimi baş kəsirdik"

Amerikanın "Wall Street Journal" qəzeti İŞİD-in əlindən xilas olmuş uşaqlarlardan yazıb.
Teleqraf.com-un məlumatına görə, uşaqların danışdığı hadisələr tükləri biz-biz edir. Səkkiz yaşlı uşaqlara başkəsmə təlimi verən İŞİD-çilər yüzlərlə adamı uşaqlara öldürtdürüblər. Qəzetdə İŞİD-in nəzarətində olan ərazilərin məktəblərində nifrət və vəhşət sacan təlimlər verildiyi qeyd olunub.
Lakin İŞİD-dən qaçan uşaqların danışdıqları zənn ediləndən daha dəhşətli olub.
On yeddi yaşlı Cümə deyib: "Məktəbdə idik. Müəllim 3 nəfər tir-tir titrəyən suriyalını gətirdi. Diz çokdülər. Müəllim soğan kəsmək kimi bizə necə baş kəsəcəyimizi öyrətdi. "Alnından tutub yavaşca başını kəsəcəksiniz" dedi. Ən kiçiyimiz 8 yaşında idi. Bizə kafirlərin başını kəsənlərin Allah tərəfindən mükafatlandırıldığını dedi. Baş kəsmək üçün könüllü istədi. Azyaşlı uşaqlardan bir neçəsi əl qaldırdı. Başları kəsib əldən-ələ ötürdülər. O an hissiz olduğumu anladım. Bizə əvvəllər də bir neçə dəfə başkəsmə videosu izlətdirmişdilər".

"Qardaşım məni öldürəcəyini dedi"

İsmayıl (17 yaş) isə İŞİD-in əlində olduğu günləri belə təsvir edib: "Deir əz Zorda bir tayfanın məskənini ələ keçirmişdik. Mənə yaşları 14-45 arasında olan bütün tayfa üzvlərinin başlarını kəsməyi tapşırdılar. Edə bilmədim. On yaşlı qardaşım könüllü olaraq, baş kəsməyi qəbul etdi. O, həmin gün yüzlərlə adamı öldürdü.
Avqust ayında Türkiyəyə qaçanda qardaşıma xəbər vermədim. Məni satacağından qorxdum. Türkiyədən ona zəng etdim. Mənə dedi ki, "sən kafirsən, bura gəlmə, yoxsa səni Allahın əmrinə uyğun cəzalandıracağıq".

"Ailələr 150 dollara uşaqlarını İŞİD-ə satır"

Jurnal qeyd edir ki, Suriyada məktəblər bağlandıqdan sonra uşaqlar ya sıxıntıdan, ya da əyləncə üçün İŞİD-ə qoşulub: "Ancaq indi hamısı gecə qorxulu yuxular görürlər. Uşaqlar ilk öldürdüyü adamın simasını unuda bilmirlər.
Ailələr ayda 150 dollar maaş üçün uşaqlarını İŞİD-in təlim düşərgəsinə göndərirlər. Məhəllələrin mərkəzində İŞİD-çilər konfet və meyvə şirəsi paylayaraq, təbliğat aparır və uşaqları sıralarına qoşmaq üçün razı salırlar. Əvvəlcə 45 gün ilk təlim keçirilir. Daha sonra xüsusi tədbir təşkil olunur və xüsusi təlim üçün uşaqlar qruplara ayrılır. Xüsusi təlim 15 gün davam edir. Uşaqlar ya savaşçı olurlar, ya İŞİD düşərgələrində mühafizəçi, ya da İŞİD komandirlərinin cangüdəni...
On dörd yaşlı İŞİD savaşçısının fikrinə görə, təlim alan uşaqların ən "axmaq"ları isə üstlərinə bomba bağlayıb, bir yeri partlatmaq üçün seçilir". /musavat.com/

Müəllif:

Oxşar xəbərlər