Ukrayna Prezidenti Volodimir Zelenskinin “Oskar” mərasimində çıxış etmək istəyi Akademiya tərəfindən rədd edilib.
Teleqraf.com xəbər verir ki, “Akademiya Mükafatları”nın təşkilatçı və direktorları Zelenskinin təklifini müsbət qarşılamayıblar.
“Oskar” rəsmiləri məsələnin təfərrüatları barədə məlumat yaymayıb.
Qeyd edək ki, 2023-cü il “Oskar” mükafatları 12 mart bazar günü keçiriləcək.