11 Mart 2023 12:08
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hərbi qüvvələri son sutka ərzində ölkənin şərqində Rusiya ordusunun 100-dən çox hücumunu dəf edib. Düşmən qoşunları Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə daxil olmaq cəhdlərini dayandırmır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya qüvvələri əsas səylərini Liman, Baxmut, Avdiv, Marin və Şaxtyor istiqamətlərində hücum əməliyyatlarının aparılmasına yönəlib.

Liman ətrafında taktiki mövqelərini yaxşılaşdırmağa çalışan ruslar Baxmut istiqamətində hücumlarını dayandırmır. Ukrayna hərbçiləri Zaliznyansk, Paraskovivka, Dubovo-Vasilivka, Baxmut, Boxdanivka və İvanovsk qəsəbələri ərazilərində çoxsaylı hücumları dəf ediblər.

Rus qoşunları Avdiv, Marin və Şaxtyor istiqamətlərində uğursuz hücum əməliyyatları həyata keçirib. Zaporoje və Xerson istiqamətlərində isə müdafiə mövqeyindədir.

Baş Qərargahdan verilən məlumata görə, son 24 saat ərzində Ukrayna aviasiyası işğalçı qüvvələrin cəmləşmə məntəqələrinə 11 zərbə endirib, o cümlədən düşmənin pilotsuz uçan aparatını, zenit-raket kompleksini və sursat anbarını məhv edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər