11 Mart 2023 14:31
4 916
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Serbiya və Bosniya-Herseqovinanın suverenliyinə münasibətindən sonra ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysa şəxsiyyət pozuntusu diaqnozu qoyulmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“İnanılmazdır. Ned, Bosniya-Hersoqovinanı Serbiya ilə, Serb Respublikasını Kosovo ilə, Deyton razılaşmasını BMT Təhlükəsizlik Şurasının 1244-cü qərarı ilə dəyişdirməyə cəhd et və sənə şəxsiyyət pozuntusu diaqnozu qoyulacaq”, - Zaxarova bildirib.

Rusiya rəsmisi qeyd edib ki, Vaşinqton BMT Təhlükəsizlik Şurasının qərarına zidd olaraq 2008-ci ildə çoxmillətli Serbiyanın ərazi bütövlüyünü və suverenliyini pozaraq, tanınmamış Kosovonun müstəqilliyini tanıyıb.

Bundan əvvəl Ned Prays bir sıra siyasi mərkəzlərin Deyton sülh sazişini pozmağa çalışdıqlarını bildirib. Prays vurğulayıb ki, Vaşinqton Serb Muxtar Respublikasının prezidenti Milorad Dodikin açıqlamasını rədd edir. ABŞ rəsmisi söyləyib ki, Dodik dəfələrlə muxtar respublikanın Bosniya-Herseqovinadan ayrılacağı ilə hədələyib. Prays ABŞ-ın Bosniya-Herseqovinanın suverenliyi, ərazi bütövlüyü və çoxmillətli xarakterini dəstəkləməkdə davam edəcəyini və cavabdehlik daşıyacağını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər