11 Mart 2023 18:19
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen In ordusunu real müharibə təlimlərini intensivləşdirməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Şimali Koreya liderinin 11 yaşında olduğu güman edilən qızı Ju E ilə təlimləri izləməsi diqqət çəkib.

Kim Çen In və qızı Ju ordu komandirləri ilə birlikdə Hvasonqdakı artilleriya təlimini izləyib. Şimali Koreya dövlət mediasının yaydığı fotolara görə, təlim zamanı eyni vaxtda 6 qısamənzilli raket atılıb. Dövlət xəbər agentliyi KCNA bildirib ki, təlimin ssenarisi Qərb cəbhəsindəki düşmən aerodromunu vurmaq olub.

Kim Çen In təlim zamanı artilleriya bölmələrinə iki missiyaya hazırlaşmalı olduqlarını bildirib ki, bunlardan birincisi müharibənin qarşısını almaq, ikincisi isə real müharibə simulyasiyaları ilə təlimləri gücləndirərək müharibədə məsuliyyəti öz üzərinə götürməkdir.

Şimali Koreyanın son hərbi təlimində ən diqqətçəkən məqamlardan biri Kim Çen Inın qızı Ju E olub.

Cənubi Koreya kəşfiyyatının Kim Çen Inın ikinci övladı olduğuna inandığı Ju yayımlanan fotolarda atası ilə eyni qara paltoda görünür. Şimali Koreya mətbuatında adı çəkilməyən Ju E-nin 11 yaşında olduğu düşünülür.

Cənubi koreyalı siyasi ekspert Yan Mu Çin deyib: “Ju E-nin Şimali Koreyanın nüvə və ya raket təlimlərində görünməsi adi hala çevrilib”.

Bir çox ekspertlər Junun Kim Çen Inın faktiki varisi olduğunu və buna görə də təlimlərdə iştirak etdiyini iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər