12 Mart 2023 18:11
2 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran Azərbaycan-İsrail strateji əməkdaşlığından ehtiyatlanır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“İran təyyarəsinin sərhədimizə yaxın uçuş həyata keçirməsinin məntiqi budur ki, Tehran Azərbaycanı, Türkiyəni və Azərbaycan-İsrail strateji tərəfdaşlığını test edir. Tehran ilk növbədə Azərbaycan və Türkiyənin təxribata reaksiya gücünü test etmək istəyir. Türkiyə dəhşətli zəlzələnin nəticələrini aradan qaldırmaqla məşğuldur, eyni zamanda prezident və parlament seçkiləri kampaniyasına start verilib. Tehran hesab edir ki, Ankaranın başı qarışıqdır”, - ekspert bildirib.

Elxan Şahinoğlu İran-İsrail gərginliyinə də diqqət çəkib:

“İsrail-İran gərginliyi artıb. İsrail rəsmiləri İranın nüvə silahı əldə edəcəyinə imkan verməyəcəklərini açıq bildiriblər. İran isə uranı zənginləşdirməkdə davam edir. Toqquşma qaçılmaz ola bilər.

Tehran Azərbaycan-İsrail strateji əməkdaşlığından ehtiyatlanır. Rəsmi Bakı dəfələrlə bildirib ki, üçüncü dövlətlərin Azərbaycan ərazisindən İrana qarşı istifadəsinə icazə verməyəcək. Tehran buna inanmır. Tehran Azərbaycana qarşı təxribatların miqyasını o həddə çatdırıb ki, bizi ABŞ və İsrailllə daha sıx hərbi əməkdaşlığa sövq edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər