Belarus prezidenti Aleksandr Lukaşenko İrana rəsmi səfər edib.
Teleqraf.com xəbər verir ki, iki günlük səfər çərçivəsində İran prezidenti İbrahim Rəisi, İslam Respublikasının ali dini lideri Əli Xamenei, icra və qanunvericilik orqanlarının bir sıra yüksək vəzifəli nümayəndələri ilə görüşlər nəzərdə tutulub.
Tehranda keçiriləcək danışıqların əsas mövzusu ikitərəfli münasibətlərin bütün spektri üzrə əməkdaşlığın inkişaf etdirilməsidir, əsas diqqət isə ticari-iqtisadi əməkdaşlıq olacaq.