13 Mart 2023 12:11
1 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının liderlərindən biri Mustafa Karasu yayımladığı video ilə CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyini irəli sürən Türkiyə müxalifətinin “Altılıq Masası”na dəstək verib.

Teleqraf.com xəbər verir ki, Karasu “Altılıq Masası” ilə “birgə hərəkət” mesajı da verib.

“Hərbi çevrilişlər dövründəkindən daha çox savaş aparılır. Belə olan halda, “Altılıq Masası”na maraq yarandı, bu da ümid yaratdı”, - PKK lideri bildirib.

Karasu “Masa” PKK-nın siyasi qanadı HDP-nin birlikdə hərəkət etməli olduğunu deyib:

“Bu da bir həqiqətdir ki, MHP və AKP-yə qarşı ən böyük mübarizəni biz apardıq. HDP AKP-MHP ittifaqını çökdürmək üçün üzərinə düşən öhdəliyi yerinə yetirəcək. İstədikləri tək şey rədd edəcəkləri namizədin olmamasıdır.

Artıq bəyanat veriblər. Üzərlərinə düşən məsuliyyəti yerinə yetirəcəklərini deyiblər, bunu edəcəklər. Birgə hərəkət etsələr, çox çalışsalar, AKP-MHP iqtidarının süqutunda həlledici rol oynayacaqlar. Bu xüsusda mühərrik rolunu oynaya bilərlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər