Malayziyanın şərqində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, hadisənin baş verdiyi bölgədə yaşayan 200 min nəfər evakuasiya edilib.
BERNAMA agentliyinin xəbərinə görə, bir sutka ərzində Kelantan və Trenanu ştatlarından olan 40 min nəfər sığınacalara yerləşdirilib.
"Bəzi şərq rayonlarında situasiya çox kritikdir, suyun səviyyəsi daha da artır", - Malaysiya baş naziri Həcib Tun Razak bildirib.
10 gündən artıqdır davam edən daşqınlar bir sıra ştatlarda elektrik enerjisi verilişinin dayandırılmasına səbəb olub. Nəticədə 150 min nəfər əhali işıqsız qalıb.
Nihad