13 Mart 2023 12:59
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Əli İhsan Yavuz mayın 14-də keçiriləcək seçkilərlə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Yavuz bir sıra partiyaların Cümhur İttifaqına (AKP-MHP) qoşula biləcəyini deyib.

AKP rəsmisinin açıqlamalarında diqqətçəkən məqamlar belədir:

“Bəzi partiyalarla danışıqlar aparırıq, məsləhətləşmələrimiz davam edir. Milliyyətçi Hərəkat Partiyası və Böyük Birlik Partiyası ilə ittifaqımız var.

HÜDA-PAR ilə təmasımız oldu. Cənab sədrin açıqlaması oldu, Cümhur İttifaqının namizədinə (Prezident Rəcəb Tayyib Ərdoğana) səs verəcəklərini, amma digər məsələləri partiyalar arasında müzakirə edəcəklərini bildirdilər. Ümid edirəm ki, tezliklə başa çatacaq.

Bundan başqa, Rifah Partiyası ilə yenidən təmasımız oldu. Sədr müavini Binəli Yıldırım bəylə getdik. Bu proses də gedir. Adını çəkdiyim partiyalardan başqa partiyalar haqda heç bir məlumatım yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu