13 Mart 2023 12:44
2 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Baş naziri İrakli Qaribaşvili müxalifəti etirazlar zamanı ölkədə sabitliyi pozmaq məqsədinə nail olmaq üçün gəncləri manipulyasiya etməkdə ittiham edib.

Teleqraf.com xəbər verir ki, hökumət başçısı baş verənləri “təxribat” adlandırıb.

“Bu, sadəcə olaraq dövlət əleyhinə təxribatdır. Bu qədər gəncin, o cümlədən tələbələrin beyni yuyulub. Bu gəncləri necə qalxan kimi istifadə etməyə necə cürət edirlər, “Molotov kokteyli” atmağa göndərirlər?! 60-a yaxın polis yaralanıb, bəziləri az qala diri-diri yandırılıb, buna görə heç kəsi bağışlamayacağıq”, - Qaribaşvili bildirib.

Gürcüstanın baş naziri ölkənin ən böyük müxalifət partiyası, keçmiş prezident Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkatı “faşist” adlandırıb və hökumətin digər əleyhdarlarını “ekstremist” fəaliyyətdə ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər