Polşa Avropanın ən böyük quru ordusunu qurur.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “The Telegraph” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Polşa hökuməti ÜDM-ün 4 faizini müdafiəyə xərcləmək niyyətindədir, bu da NATO-nun orta göstəricisindən iki dəfə çoxdur.
Bundan əlavə, Polşanın modernizasiya proqramına Cənubi Koreyadan 1000 tank, ABŞ-dan 250 tank, 600 özüyeriyən haubitsa, 18 HIMARS raket sistemi, 288 reaktiv yaylım atəş sistemi (MLRS) və Cənubi Koreyadan 48 FA-50 döyüş təyyarəsi, həmçinin 96 “AH-64E Apache” helikopterlərinin alınması daxildir.
Ümumilikdə Polşa 2035-ci ilə qədər 117 milyard dollardan çox silah sifariş verməyi planlaşdırır. 2023-cü il üçün müdafiə büdcəsi isə maksimum 26 milyard dollardır. Bundan əlavə, Polşa ordusunun sayını iki dəfə artıraraq 300 min nəfərə çatdırmaq niyyətindədir.