Liviyanın Əs-Sidr şəhərində silahlı qruplaşmalar arasında baş verən döyüş nəticəsində yaranan yanğın zamanı 800 min barel neft məhv olub. Bu rəqəm ölkənin iki günlük neft hasilatına bərabərdir.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, Liviya Milli Neft Şirkətindən bildiriblər ki, Əs-Sidrdə alov 6 neft anbarını bürüyüb. Onlardan 3-də yanğın söndürülüb. 3-ü isə hələ də yanır.
Əs-Sidrdə Liviyanın neft ixrac edən ən böyük neft terminalı yerləşir. Burada yanğın ötən həftənin cüməaxşamı başlayıb. Yanğın hökumət və islamçılar arasında silahlı toqquşmalar nəticəsində meydana çıxıb. Neft anbarına düşən raket güclü yanğına səbəb olub.
Nihad