13 Mart 2023 16:05
3 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın açıqlamasını təkzib edib.

Teleqraf.com xəbər verir ki, Prays bu açıqlamanı “İranda həbsdə olan ABŞ vətəndaşlarının ailələrinin kədərlərini artıran qəddar yalan” adlandırıb.

“İranda qeyri-qanuni saxlanılan üç amerikalının azad edilməsi üçün yorulmadan çalışırıq. Vaşinqton onlar öz yaxınları ilə qovuşana qədər dayanmayacaq”, - ABŞ rəsmisi deyib.

Ağ Evin Milli Təhlükəsizlik Şurası da başqa ayrı bir bəyanatda mübadilə ilə bağlı xəbəri “yalan” adlandırıb.

Üç ABŞ vətəndaşı Emad Şərqi, Murad Təhbaz və Siamək Namazi hazırda İranda həbsdədir. İranın məhkəmə sistemi sədrinin müavini Əli Bağıri isə iddia edir ki, ABŞ hökuməti sanksiyaları pozmaqda ittiham etdiyi 15-ə yaxın İran vətəndaşını həbs edib.

Bundan əvvəl Abdullahiyan demişdi ki, İran və ABŞ saxlanılan şəxslərin dəyişdirilməsinə dair ilkin razılığa gəlib, Vaşinqton müdaxilə etməsə, mübadilə yaxın günlərdə baş tuta bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər