13 Mart 2023 22:44
9 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada Aerokosmik Qüvvələrin hərbi hissəsinin üstündə səmada üç pilotsuz təyyarə (PUA) görünüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Mash” teleqram kanalının iddiasına görə, bunlar Rusiyanın paytaxtının raket əleyhinə müdafiəsinə cavabdeh olan dronlardır. Qeyd edilir ki, PUA-ların köməyi ilə bu hərbi obyektin daimi müşahidəsi həyata keçirilir.

Dronlar bölmənin yanında yerləşən meşə zolağından qaldırılıb. Əvvəlcə pilotsuz təyyarələr 200 metr hündürlükdə olsalar da, yüksək tezlikdə aşağı enərək dövrə vurub geri dönüblər. Patrul polisləri PUA-ların hərəkətini görərək komandanlığa məlumat veriblər.

Bununla yanaşı, “Mash” şübhəli məqamlara da diqqət çəkib:

“Hüquq-mühafizə orqanlarının əməkdaşları meşədə axtarış aparsalar da, PUA-lara dair məlumat əldə edə bilməyiblər. Bir neçə saat sonra dronlardan biri yenidən Moskva səmasında peyda olub, Krasnopaxorsk qəsəbəsi yaxınlığındakı “Tatneft” yanacaqdoldurma məntəqəsinə doğru uçub”.

Fevralın sonunda Rusiyanın Sankt-Peterburq və Leninqrad vilayətləri üzərində hava məkanında naməlum uçan obyektə görə səma bağlanıb.

Martın 6-da Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Novıy Oskol şəhəri üzərində üç dronun vurulduğunu açıqlayıb. Bundan əvvəl Belqorod yaxınlığındakı neft bazasında partlayışlar baş verib.

Bu gün səhər saatlarında Belqorodda yenidən partlayış səsləri eşidilib. Qladkov vilayət üzərində dörd raketin vurulduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər