29 Dekabr 2014 07:07
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Şırnak rayonunun Cizrə qəsəbəsində dünən baş vermiş hadisədən sonra gərginlik bu gün də davam edib.

Teleqraf.com-un Türkiyənin Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bu gün Şırnak və Hakkari rayonlarında toplaşan və polisə daşla hücum edən qrupa gözyaşardıcı qazla müdaxilə edilib.

Baş vermiş hadisələrlə bağlı bu gün hər iki rayonda mağazalar və digər iş yerləri bağlı olub.

Türkiyənin baş naziri Əhməd Davudoğlu baş verənləri “təxribat” adlandırıb. O deyib ki, bu cür qarşıdurma yaradanlar “çözüm sürəci”nə zərbə vururlar.

Qeyd edək ki, dünən Şırnakda baş vermiş insident zamanı 3 nəfər ölüb, 5 nəfər isə yaralanıb.


Müəllif:

Oxşar xəbərlər