14 Mart 2023 12:44
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya-Ukrayna müharibəsinin həlledici fazaya qədəm qoyması barədə iddia reallığa uyğun gəlmir. Şərtlər elədir ki, həlledici mərhələdən söhbət gedə bilməz”.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynada yaşayan erməni politoloq Marat Akopyan deyib.

Onun sözlərinə görə, ruslar məqsədlərinə çata bilmirlər, ona görə də təbliğatın dozasını artırıblar:

“Ukrayna rəhbərliyinin bəyanatlarını rəhbər tutsaq, o zaman müharibə Ukrayna Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərini azad edənə qədər davam edəcək. Nə qədər ki müharibə davam edir, Ukrayna qalib gəlməyib, sondan danışmaq mənasızdır”.

Akopyan rus ordusu haqda “dünyanın ikinci ordusu” mifinin Ukraynada başa çatdığını bildirib:

“Özünü dünyanın “ikinci ən güclü ordusu” elan edən, “üç günə Kiyevi ələ keçirəcəyini” deyən ordu bir ildən artıqdır ki, özünü heç nə bacarmayan ordu kimi tanıtdı, mənə elə gəlir ki, bu, artıq bütün suallara cavab verir. Rusiya döyüş meydanında uğur qazana bilmir. Krımdan başqa heç nə ələ keçirə bilmədi - nə Luqansk, nə Donetskdə uğur qazana bildi. Yeni eskalasiya mərhələsində Rusiya heç bir məqsədinə nail olmayıb, indi sadəcə düşdüyü tələdən çıxmağın yolunu axtarır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər