14 Mart 2023 18:35
2 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniya Kralı II Abdullahın böyük qızı 27 yaşlı şahzadə İman 29 yaşlı yunan və Venesuela əsilli iş adamı Cəmil Aleksandr Termioti ilə evlənib.

Teleqraf.com xəbər verir ki, Əmman şəhərindəki Beyt ül-İordaniya sarayında keçirilən mərasimdə kral və Termioti ailəsinin üzvləri, yerli və xarici qonaqlar iştirak ediblər.

Nikah mərasimindən sonra dövlət televiziyası ilə canlı yayımlanan mərasimdə Quran oxunub.

Venesuelanın Karakas şəhərində yunan ailəsində doğulan Termioti keçən yay şahzadə İmanla nişanlanıb. Termioti Nyu-Yorkda maliyyə sahəsində işləyir.

Yunan mətbuatında yer alan iddiaya görə, bəy Kral Abdullahın qızı şahzadə İmanla evlənmək üçün İslamı qəbul edib və Cəmil adını alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər