Türkiyədə prezident və deputatlığa namizəd üçün verilən maliyyə vəsaiti məlum olub.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener məlumat verib.
O bildirib ki, prezidentliyə namizəd üçün 555 980 lirə (50 000 AZN ) və müstəqil deputatlığa namizəd üçün 55 598 lirə ( 5 000 manat) maliyyə vəsaiti ayrılıb.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri bu il mayın 14-də keçiriləcək.