15 Mart 2023 08:18
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya bioloji silahlar haqqında Konvensiyaya baxmayaraq, bioloji silahın yaradılması üzərində işləməyə davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib.

“Birləşmiş Ştatlar hesab edirlər ki, Rusiya bioloji silahlar haqqında Konvensiyadan irəli gələn öhdəlikləri pozaraq hücum xarakterli bioloji silah proqramını dəstəkləməkdə davam edir”, - xarici siyasət idarəsinin nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, Kreml öz təcavüzünə haqq qazandırmaq üçün illərdir Ukraynadakı qondarma biosilah laboratoriyaları haqqında dezinformasiya yayır. Bu məqsədlə Kremlin nəzarətində olan mətbuat, Rusiya kəşfiyyatına bağlı informasiya saytları və qondarma ekspertlər cəlb olunub:

“Bu subyektlər çoxlu sayda səslərin bir-birini təkrarlaması illüziyasını yaratmaq məqsədilə daim, damla-damla, informasiya mühitini yalançı narrativlərlə doldurmaq üçün birlikdə çalışırlar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər