15 Mart 2023 10:46
3 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ərazisini müdafiə etmək üçün Rusiyanın S-400 raket sistemlərinə ehtiyacı olmaya bilər, çünki öz silahları getdikcə bu rolu üzərinə götürür.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Aselsan” hərbi şirkətinin rəhbəri Haluk Qorqun deyib.

Onun sözlərinə görə, Türkiyə özünün 100 kilometrədək hədəfləri vura bilən “Siper” raket əleyhinə müdafiə sisteminin yaradılması üzərində işləyir.

“Biz öz hava hücumundan müdafiə sistemlərimizi hazırlayırıq. Bizə S-300 və ya S-400 lazım olmaya bilər. Bu sahədə olan ehtiyacı aradan qaldırırıq, bu, bizim borcumuzdur”, - Qorqun bildirib.

“Aselsan” dronlardan tutmuş döyüş təyyarələri və döyüş gəmilərinə qədər Türkiyənin iddialı müdafiə sənayesi layihələrində iştirak edir. “Blumberq” agentliyi yazır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daxili hərbi güclə dəstəklənən getdikcə daha iddialı xarici siyasət yürüdür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər