15 Mart 2023 18:25
3 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

“CHP sədri Kamal Kılıçdaroğlu prezident seçkisində qalib gəlsə, Türkiyə Qərbə üz tutacaq”.

Teleqraf.com xəbər verir ki, bunu britaniyalı iqtisadçı Timoti Eş deyib.

“May ayında Kılıçdaroğlu seçkidə qalib gəlsə, Türkiyə yenidən Qərbə qucaq açacaq. Kılıçdaroğlu ilk səfərini mütləq Vaşinqton və ya Brüsselə edəcək”, - ekspert bildirib.

Müxalifətin Millət İttifaqının seçkidə qalib gələcəyi təqdirdə DEVA partiyasının sədri Əli Babacanın iqtisadiyyatı ələ alacağı da iddia olunur. Babacan Qərbin siyasi mərkəzləri ilə yaxınlığıyla tanınır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər