16 Mart 2023 10:25
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələrinin əməliyyatlarının ümumi tempi əvvəlki həftələrlə müqayisədə zəifləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhilində deyilir.

Ukrayna ordusunun polkovniki Aleksey Dmitraşkovski ISW-yə bildirib ki, Rusiyanın gündəlik quru hücumlarının sayı canlı qüvvə və texnika itkisi səbəbindən 90-100-ə qədər azalıb.

Amerikalı analitiklər də iddia edirlər ki, Rusiya Silahlı Qüvvələrinin təzyiqi bütün cəbhə xətti boyunca aşağı düşüb. Rusların Luqansk vilayətinə hücumları hələlik kulminasiya nöqtəsinə çatmayıb. Amma bunun yaxında baş verəcəyi ehtimal olunur. Bununla belə, Luqanska hücumda 5 rus alayı iştirak etsə də, ciddi irəliləyişə nail ola bilmirlər.

Luqansk vilayətində rusların uğurları minimaldır. Ukrayna qoşunları bu günlərdə əks-hücuma keçə və bəzi əraziləri geri ala bilərlər.

Baxmut ətrafındakı duruma gəldikdə, ISW qeyd edir ki, Rusiya ordusunun əsas qüvvələri Donetsk vilayətinin bu şəhərinin ələ keçirilməsinə cəlb olunmayıb. Rusiya 2-ci Motoatıcı Diviziyanı və ya cəbhənin digər bölgələrindəki silahlı birləşmələrini döyüşə ata bilər.

Analitiklərin fikrincə, Rusiyanın “Vaqner” qrupunun hücumları kulminasiya nöqtəsinə yaxınlaşır. Çox güman ki, rus ordusu kulminasiya nöqtəsinə çatmaq üçün xeyli sayda ehtiyat qüvvədən istifadə etməli olacaq.

ISW bildirir ki, hazırda Baxmut və ətrafında Rusiya hava-desant alaylarının hissələri olsa da, döyüşlərdə ciddi şəkildə iştirak etmirlər.

Təhlilçilər hesab edirlər ki, Rusiyanın Baxmutu işğal etməsi üçün yalnız muzdluların hücumları kifayət etməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər