16 Mart 2023 12:11
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada PKK/YPG terror təşkilatının qanadı SDQ-nin rəhbərliyi ilə görüşüb məlumat alan ABŞ ordusunun baş qərargah rəisi general Mark Milli günlər sonra bununla bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Milli SDQ-yə baş çəkməsini “adi və tamamilə zəruri” adlandırıb.

General bildirib ki, Suriyaya səfərində məqsədi operativ qrupların yoxlanılması, onların durumunun qiymətləndirilməsi və qüvvələrin müdafiəsi ilə əlaqəlidir.

Milli Suriyada minə yaxın ABŞ hərbçisinin olduğunu xatırladıb:

“Onlar risk altındadır, Suriyada müxtəlif aktorlar tərəfindən zaman-zaman silahlı hücumlara məruz qalırlar. Ona görə də mən gedib onları yoxlamalı və missiyanın təsdiqləndiyinə əmin olmalıyam”.

Baş qərargah rəisi Türkiyə və ABŞ-ın illərdir ortaq maraqlarının olduğunu da deyib:

“Biz illərdir oradayıq. Bizim ortaq maraqlarımız İŞİD-in daimi məğlubiyyətidir. Xilafət dağıdıldı, amma təşkilatın qalıqları hələ də var. Bu, etməli olduğum bir şey idi. Baş qərargah rəisinin ABŞ qüvvələrinin durumunu yoxlaması, xüsusən də onlar zərər görə biləcək vəziyyətdə olduqda tamamilə normaldır”.

Son zamanlar sakitləşən Ankara-Vaşinqton münasibətləri martın əvvəlində Mark Millinin Türkiyə-Suriya sərhədinə yaxın bir nöqtədə terrorçularla görüşməsi səbəbindən yenidən gərginləşmişdi. Ankaranın təpkisinə səbəb olan səfərdən sonra ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər