17 Mart 2023 08:00
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Milli Kəşfiyyat Xidməti (EYP) ölən ölkə sakininin məlumatlarından istifadə edən Rusiya casusunu üzə çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “AMNA” xəbər agentliyi məlumat yayıb.

Mariya.T kimi tanınan qadın son bir neçə ildə özünü yunan kimi təqdim edib, Afinada sənətkarlıq mağazası olub və fotoqraf işləyib. Əslində, onun adı İrina A.S olub və o, Yunanıstanda fəaliyyət göstərib.

Şübhəli şəxsin kimliyi kəşfiyyat orqanlarının üçüncü ölkə tərəfindən ölən Yunanıstan vətəndaşlarının məlumatlarına çıxış əldə etmək cəhdlərini aşkar etdikdən sonra məlum olub.

Casus qadın mərhum haqqında məlumatlar əsasında saxta sənədlər alıb. Qeyd olunub ki, hətta qohumları da onun əslində kim olduğunu bilməyiblər. Mariya həmçinin bir sıra Avropa ölkələrində səyahət edib və casus kimi işləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər