Malavidə "Freddi" siklonu nəticəsində ölənlərin sayı 326 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bunu Malavinin prezidenti Lazarus Çakvera deyib.
Onun sözlərinə görə, ölənlərin sayı 225-dən 326-ya yüksəlib, yaralananların və hələ də itkin düşmüş sayılanların sayı müvafiq olaraq 201 və 796-ya çatıb.
"Təxliyə edilənlərin sayı iki dəfədən çox artaraq 183 159 nəfərə çatıb", - deyə L.Çakvera əlavə edib.