Kolumbiyada kömür mədənində baş vermiş partlayış nəticəsində daha 10 mədənçinin meyiti tapıldıqdan sonra ölənlərin sayı 21-ə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro özünün "Twitter" hesabında yazıb.
"Bütün xilasetmə səylərinə baxmayaraq, təəssüf ki, Sutatausadakı bu faciəli qəzada 21 nəfər həyatını itirdi", - deyə Qustavo Petro bildirib.