17 Mart 2023 10:50
2 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müxalifətinin “Altılıq Masası”nın (Millət İttifaqı) prezidentliyə namizədi Kamal Kılıçdaroğlu olduqdan sonra Maral Akşənərin rəhbərlik etdiyi İYİ Partiyada sular durulmur.

Teleqraf.com xəbər verir ki, bir ildən çox davam edən danışıqlardan sonra 6 partiya ötən günlərdə CHP sədri Kılıçdaroğlunu prezidentliyə namizəd seçib.

Bu gəlişmənin ardınca sərt etirazla “Masa”nı tərk edən, qısa müddət sonra qayıdan və CHP sədrinin namizədliyini dəstəkləyən Akşənərin rəhbərlik etdiyi İYİ Partiyada kütləvi istefalar başlayıb.

Bir çox İYİ Partiya üzvü istefa verdiyini açıqlayıb. Ən böyük istefa dalğası partiyanın Beykoz (İstanbul) şöbəsində qeydə alınıb. Şöbənin 30-dan çox üzvü İYİ Partiyadan istefa verərək Dövlət Bağçalının sədrlik etdiyi Millətçi Hərəkat Partiyasına (MHP) keçib.

MHP-yə keçənlər arasında İYİ Partiyanın Beykoz şöbəsinin Qurucu Şurasının üzvü Saffət Duman da var. Duman artıq MHP üzvlüyünə qəbul edilib.

MHP mayın 14-də keçiriləcək prezident seçkisində Cümhur İttifaqının namizədi Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər