17 Mart 2023 14:03
9 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin seçki məsələləri üzrə müavini Əli İhsan Yavuz 14 may seçkiləri ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, 2018-ci il seçkilərini xatırladan Əli İhsan Yavuz 14 may seçkilərində AKP və Prezident Rəcəb Tayyib Ərdoğanın səs nisbətinin daha da artacağını deyib.

“Prezidentimizin əvvəlki seçkilərdə aldığı səs nisbətindən aşağı düşməyəcəyini proqnozlaşdırıram. İnanıram ki, partiyamız da 2018-ci ildə aldığı nisbətdən aşağı düşməyəcək səs nisbəti ilə qutudan çıxacaq”, - AKP rəsmisi bildirib.

Yavuz son sorğunun nəticələri ilə bağlı belə söyləyib:

“Partiyamızın sədr müavini Mustafa Şən AKP-nin səs nisbətini 41 faiz olaraq açıqladı. Amma AKP və prezidentimizə marağın getdikcə artdığını görürük. Qərarsız insanların qərarsızlığı aradan qalxdıqca, prezidentimiz tez-tez meydana çıxdıqca bunun artan tendensiyaya girdiyini həmişə görmüşük”.

Yavuz Prezident Ərdoğan və AKP-nin səs nisbəti ilə bağlı deyib:

“Prezidentimizin bu gün 53 faiz olaraq görünən səs nisbətinin aşağı düşmədən yuxarı qalxacağını proqnozlaşdırıram. Meydanın öz dili var. 2002-ci ildən bəri AKP-də siyasətlə məşğul olmağa çalışıram. Proqnozum ondan ibarətdir ki, əvvəlki seçkilərdə aldığımız səs nisbətindən aşağı düşməyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər