Türkiyənin müxalif Ana Vətən partiyasının sədri İbrahim Çələbi seçki gündəmi ilə bağlı maraqlı açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, Çələbi müxalifətin Millət İttifaqını Prezident Rəcəb Tayyib Ərdoğana qarşı böhtan atmaqda ittiham edib.
“Millət İttifaqı Türkiyədə görülən müsbət işləri qəbul etmir. Onların ittifaqı sünidir. İndi iki ciddi ittifaq var. Ya Türkiyəni çökdürmək istəyən bir ittifaqın yanında olacağıq, ya da hər zamankindən daha çox birlik və qardaşlıq qurmaq istəyən, dövlətin yaşamasını ön planda tutan bir ittifaqa dəstək verəcəyik”, - partiya sədri bildirib.
Çələbi Millət İttifaqının çox pis təşkil olunduğunu deyib:
“Millət İttifaqı çox pis formalaşmış birlikdir. Türkiyənin bütün qeyri-milli ünsürlərini bir araya gətirir. Artıq Maral Akşənər “Cümhur İttifaqı ət-dırnaq kimidir. Biz isə maraqların bir araya gətirdiyi formatıq, ən kiçik təkanla dağılırıq” deyir.
Biz rəsmi olaraq Cümhur İttifaqında deyilik, amma ümid edirəm ki, qoşulacağıq. Özalın görmək istədiyi Türkiyənin üfüqü genişlənib.
O zaman Özala da böhtanlar atılmışdı. Eynilə bu gün Ərdoğanın başına gələnlər kimi. Türkiyədəki gerçəkləri qəbul etməyən bir qurum var: o da Millət İttifaqıdır.
Millət İttifaqını yaradanlar Türkiyənin birliyinə, qardaşlığına zərbə vurmaq istəyənlərdir. Ana Vətən Partiyasının Cümhur İttifaqına dəstək verəcəyinə görə bəzi yerlərdə narahatlıq var”.
Çələbi İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun bələdiyyə fondundan PKK terror təşkilatının siyasi qanadı HDP-ni maliyyələşdirməkdə ittiham edib. Onun sözlərinə görə, İmamoğlu bununla kifayətlənməyərək, HDP və PKK-çıları bələdiyyədə işə götürüb. Çələbi buna bənzər ittihamı Ankara şəhərinin bələdiyyə sədri Mansu Yavaşa qarşı da irəli sürüb.
Türkiyə çox qiymətli ölkədir. Biz bu ölkəni belə bir ittifaqa təhvil verə bilmərik. Dünən kim idiksə, bu gün da oyuq, istiqamət yerli və milli cəbhə olacaq. Bizə dolayı yolla Millət İttifaqından təkliflər gəldi, amma qəbul etmədik”, - partiya sədri bildirib.