Böyük Britaniya Çin lideri Si Cinpinin gələn həftə Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə qoşunlarını Ukraynadan çıxarmağa çağıracağını gözləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” qəzeti Baş nazir Rişi Sunakın ofisinin nümayədəsinə istinadla yazır.
“Əgər Çin Ukraynanın suverenliyinin bərpasında real rol oynamaq istəyirsə, biz bunu alqışlayarıq. Açıq şəkildə bildiririk ki, Ukraynanın suverenliyinə əsaslanmayan istənilən sülh sazişi, prinsipcə, sülh sazişi deyil. Buna görə də biz əvvəllər etdiyimiz kimi, Çini dünyanın digər ölkələrinə qoşulmağa və Putini qoşunları geri çəkməyə təşviq etməyə davam edəcəyik”, - Britaniya rəsmisi deyib.
Si Cinpin martın 20-22-də Rusiyada rəsmi səfərdə olacaq. Danışıqlar zamanı Rusiya və Çin arasında hərtərəfli tərəfdaşlıq münasibətlərinin və strateji əməkdaşlığın gələcək inkişafının aktual məsələləri müzakirə ediləcək.