18 Mart 2023 10:07
4 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Cinayətlər Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməsi çox sərt mövqedir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

Onun sözlərinə görə, Putinin həbsinə dair order əsaslandırılıb.

Amerika prezidenti vurğulayıb ki, rusların lideri açıq-aşkar hərbi cinayətlər törədib.

“Hesab edirəm ki, bu (Putinin həbsinə dair Haaqa Məhkəməsinin order verməsi – red.), haqlı qərardır”, - Bayden bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər