Çində lift tikintisinə etiraz edən qonşulara cavab olaraq, varlı biznesmen bütün binanı alıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Li adlı çinli valideynlərinin pilləkənləri düşüb-çıxmasını asanlaşdırmaq üçün binaya lift quraşdırmaq qərarına gəlib. Binanın 5-ci mərtəbəsində qalan valideynlərinə bu komfortu təmin etmək üçün Li yüz min yuan pul xərcləyib. Lift hazır olduqdan sonra qonşular buna etiraz etməyə başlayıblar. Əsas səbəb isə liftin binaya çox yaxın tikilməsi olub. Yerli icra orqanları isə qonşular razılaşmayacağı təqdirdə liftin sökülməlo olduğunu bildiriblər.
Qonşuları razı sala bilməyən Li yeganə çıxış yolunu bütün binanı almaqda görüb.
Samir