SSRİ Hərbi Dəniz Qüvvələrinin sonuncu ali baş komandanı Vladimir Çernavin uzun sürən xəstəlikdən sonra 95 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Martın 17-dən 18-nə keçən gecə SSRİ donanması qəhrəmanı və admiralı Vladimir Nikolayeviç Çernavin 95 yaşında uzun sürən xəstəlikdən sonra hərbi hospitalda vəfat edib. O, sovet donanmasının sonuncu ali baş komandanı idi”, - məlumatda deyilir.