Ekvadorun cənubunda şənbə günü baş verən 6,9 maqnituda gücündə zəlzələ nəticəsində azı 126 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, müvafiq məlumatları Ekvadorun Risk və Fövqəladə Halların İdarə Edilməsi üzrə Milli Xidməti özünün tvitterdəki səhifəsində yayıb.
Qeyd edilir ki, ölənlərin sayı 13 nəfərə çatıb. Rəsmilərin məlumatına görə, 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7-si tamamilə dağılıb, 17 təhsil müəssisəsinin və 31 tibb məntəqəsinin binasına da ziyan dəyib.
Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 85 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar ölkənin 24 əyalətindən 13-də hiss olunub.