Rusiya Prezidenti Vladimir Putin Mariupola (Ukraynanın işğal edilmiş şəhəri) gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, dövlət başçısı şəhərin bir sıra obyektlərinə baxış keçirib, həmçinin yerli sakinlərlə söhbət edib.
İddiaya görə, Putin Mariupola helikopterlə uçub, şəhərdə avtomobili özü idarə edib və bir neçə rayonu gəzib.
Nevski mikrorayonunda prezident şəhər sakinləri ilə söhbət edib. Ailələrdən birinin dəvəti ilə Putin onların evinə gedib.
“Dövlət başçısı Mariupolun sahil zolağı, teatr binası, şəhərin yaddaqalan yerləri ilə də tanış olub”, - mətbuat xidməti əlavə edib.
Bundan sonra Rostov-na-Dona gedib və burada “xüsusi hərbi əməliyyat”ın komanda məntəqəsində iclas keçirib.
Qeyd edilir ki, bu, Rusiya prezidentinin Donbasa (Ukraynanın işğal edilmiş bölgəsi) ilk səfəridir. Bununla belə, Rusiya liderinin səfəri ilə bağlı heç bir video və ya foto dərc olunmayıb.