19 Mart 2023 12:54
2 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Vaqner” qrupunun lideri Yevgeni Priqojin ruslar qarşısında Baxmut istiqamətində döyüşlərdə muzdlularının məğlubiyyətinə haqq qazandırmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatında deyilir.

Priqojin son müsahibəsində Ukrayna ordusunun eyni anda beş istiqamətdə planlaşdırdığı əks-hücum əməliyyatından danışıb. Onun sözlərinə görə, bu əməliyyatlar aprelin ortalarından başlayacaq, ona görə də o, Rusiya qoşunlarını bu əks-hücumlara hazırlaşmağa, çoxlu sayda döyüş sursatı və texnikanı hazır vəziyyətdə saxlamağa çağırıb.

ISW analitikləri hesab edirlər ki, Priqojin “Vaqner”in Baxmutun mühasirəsini başa çatdıra bilməməsinə haqq qazandırmaq üçün geniş spektrdə Ukrayna qüvvələrinin əks-hücum edə biləcək qədər güclü olduğu təəssüratını yaratmağa çalışır.

Amerikalı analitiklər deyirlər ki, “Vaqner”in Baxmutda taktiki uğur əldə etmək bacarığı getdikcə azalır. Bundan əlavə, hərbi ekspertlər qeyd edirlər ki, Priqojinin iddia etdiyi əks-hücum həm də onun fikrincə, Rusiya qoşunlarının tezliklə təşəbbüsü Ukraynaya verəcəyini və uğursuz hücumları davam etdirməkdənsə, müdafiəyə keçməyin daha doğru olacağını nəzərdə tutur. Bura Baxmutla yanaşı, Kreminna, Avdiv və Vuqledar da daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər