ABŞ-ın keçmiş prezidenti Donald Tramp Manhetten prokurorunun gələn həftə onu həbs edəcəyi iddiası ilə tərəfdarlarını etiraza çağırıb.
Teleqraf.com xəbər verir ki, eks-prezident bu barədə “Truth” hesabında paylaşım edib.
“Korrupsiyalaşmış, siyasiləşmiş, işlədiyi cinayətlərdə yeni rekordlar qırmağa çalışan və rəhbəri Corc Soros tərəfindən maliyyələşdirilən Manhattan prokurorluğunun ofisindən sızdırılan məlumat göstərir ki, heç bir iddia sübuta yetirilmədiyi halda, köhnə və tamamilə çürüdülmüş nağıllar əsasında böyük fərqlə irəlidə olan Respublikaçılar Partiyasının prezidentliyə namizədi və ABŞ-ın keçmiş prezidenti gələn həftənin çərşənbə axşamı həbs olunacaq. Etiraz edin, ölkəmizi geri alın”, - Tramp deyib.
Porno aktrisa Stormi Deniels 2016-cı ildə Trampla cinsi əlaqəyə girdiyi iddiası ilə bağlı səssiz qalması üçün ona 130 000 dollarlıq müqavilə təklif olunduğunu, amma eks-prezident tərəfindən imzalanmadığı üçün bunun etibarsız olduğunu iddia edir.
Tramp Denielsin ittihamlarını rədd etsə də, keçmiş vəkili Maykl Koen sabiq prezidentin adından aktrisaya öz hesabından 130 min dollar ödədiyini deyib.